Nikol Paşinyan Serj Sarqsyanın istefasını şərh edib

23-04-2018, 18:06
Oxunub: 181
"Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb


Ermənistan müxalifətinin lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkənin baş naziri Serj Sarqsyanın istefasını şərh edib.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, N.Paşinyan məsələ ilə bağlı "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ermənistan Respublikasının vətəndaşı, sən qazandın. Və indi heç kim bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm", - o yazıb.

Qeyd edək ki, Serj Sarqsyan bu gün Ermənistanın baş naziri vəzifəsindən istefa verib. Minlərlə etirazçının iştirakı ilə keçirilən aksiyaların əsas məqsədi də məhz bu idi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti