Türkmənistan və Qazaxıstan BTC kəməri ilə neft nəqlini artıracaq

23-04-2018, 17:47
Oxunub: 124
"Bu tankerlərlə ildə 8 mln. tona yaxın yük daşınır”


Növbəti 3-7 il ərzində Türkmənistan və Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə neft nəqli artacaq.

Report xəbər verir ki, bunu "Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi" QSC-nin Strateji İnkişaf və İnvestisiya Layihələri üzrə şöbə müdiri Tariyel Mirzəyev Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı bildirib.

"Artım Gəmiçiliyə yeni tankerlərin cəlb edilməsində özünü göstərəcək. Bu səbəbdən də cəmiyyətə yeni tankerlər lazım olacaq, köhnə tankerlər yeniləri ilə əvəz olunacaq. Artıq bununla bağlı proqram hazırlanıb”,- deyə o, qeyd edib. 

T.Mirzəyevin sözlərinə görə, Gəmiçilik tanker donanmasını yeniləyir və yeni tankerlər sifariş edib. Hazırda bu tankerlərin tikintisi davam edir və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulub. 

"Hazırda Gəmiçiliyin balansında 55 tanker mövcuddur. Bu tankerlərlə ildə 8 mln. tona yaxın yük daşınır”, - deyə o, əlavə edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti