Bakı Neft Emalı Zavodunun yenidənqurma layihəsinin hazırki dəyəri açıqlanıb

23-04-2018, 17:27
Oxunub: 123
"Qeyd olunan dəyəri (2,2 mlrd. dollar) azala və arta bilər"


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) modernizasiya və yenidənqurma layihəsinin dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

Report xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

O, qeyd edib ki, layihə tam olaraq hökumət tərəfindən Azərbaycan Dövlət Neft Fondu vasitəsilə maliyyələşdirilir.

SOCAR rəsmisi layihənin dəyərinin dəyişə biləcəyini istisna etməyib. 

"Rekonstruksiya olunan qurğular (Paket B) üçün imzalanan müqavilələrdə qiymətlər dəyişə bilər. Bu isə qurğuların köhnə olması, istismara verilmə illərinin fərqli olması və onların çoxunun uzun illərdir istismarda olmasına görə podratçıların təyin olunmuş qiymətlə müqavilə imzalamaması ilə bağlıdır. Buna görə də layihə dəyəri ilə bağlı dəqiq rəqəmi demək olmur. Biz çalışırıq ki, qənaət edərək xərcləri azaldaq. Bu səbəbdən layihənin qeyd olunan dəyəri (2,2 mlrd. dollar) azala və arta bilər",- deyə T.Əliyev əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti