Kursk Dövlət Kənd Təsərrüfatı Akademiyasında azərbaycanlı tələbələr üçün yer ayrılıb

23-04-2018, 16:35
Oxunub: 103
Zərbəçi və əlaçılara təqaüd ödəniləcək


Rusiyanın Kursk Dövlət Kənd Təsərrüfatı Akademiyası (KDKTA) azərbaycanlı gənclərin təhsil alması üçün 25 yer ayırıb.

Report-un Rusiya bürosunun məlumatına görə, bu barədə razılıq Akademiya rəhbərliyi ilə yerli Azərbaycan diasporu arasındakı əməkdaşlıq çərçivəsində əldə olunub.

Kursk vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Qasım Kərimovun sözlərinə görə, təhsil sahəsində əməkdaşlıq üzrə işlər 2015-ci ildən həyata keçirilir: "Təxminən, iki il danışıqlar gedib. Onlardan azərbaycanlı uşaqları da müəyyən təhsil proqramlarına daxil etmələrini xahiş etmişdim. Ötən il KDKTA-ya Azərbaycandan bir tələbə yazdıra bildik. Bu il isə Akademiyadan mənə bildiriblər ki, xahişimizi nəzərə alıb, azərbaycanlı tələbələrin qəbulu üçün 25 yer vermək qərarına gəliblər".

Diaspor rəhbəri vurğulayıb ki, təhsil ödənişsiz olacaq, üstəlik, zərbəçi və əlaçılara təqaüd ödəniləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti