Yeni nazir kollektivə təqdim edilib

23-04-2018, 15:08
Oxunub: 404
Sahil Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevtəqdim edib


Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim olunub.

Report xəbər verir ki, nazir Sahil Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, indiyə qədər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti