Ermənistan MN hərbçilərin nümayişlərə qatılmasını pisləyib

23-04-2018, 15:05
Oxunub: 142
"Bu cür hərəkətlər daxili proseslərdə ordunun neytrallığını kobud şəkildə pozur"


Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayiş qoşulmasını kəskin şəkildə pisləyib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bu cür hərəkətlər daxili proseslərdə ordunun neytrallığını kobud şəkildə pozur", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinə məxsus hərbi geyimdə olan bir qrup şəxs Yerevanda müxalifətin etiraz nümayişlərinə qoşulub. Nümayişçilərə qatılanlar iştirakları barədə şərh verməkdən imtina edirlər, sadəcə, bütün xalqla həmrəy olduqlarını deyirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti