Energetika Nazirliyində yeni təyinat olub

23-04-2018, 12:00
Oxunub: 156
Nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib


Energetika naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin edib. 

Reportun məlumatına görə, o, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub. 

Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib. İndiyə qədər müşavir olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin keçmiş direktor müavini Zaur Məmmədov nazirliyin aparat rəhbəri təyin olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti