"Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən əhəmiyyətlilərdən biridir"

23-04-2018, 11:54
Oxunub: 133
"“Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir"


“Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən iri və əhəmiyyətli bizneslərdən biridir”.

APA-Economics-in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir. “Bu yataq enerji təchizatı layihələrinin şaxələndirilməsi və yeni enerji bazarları yaratmaqla önəmli bir layihədir. 2017-ci il bu layihə üçün ən möhtəşəm il olub. Bu layihə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək,” – deyə B. Aslanbəyli qeyd edib.

O bildirib ki, 2017-ci ildə “Şahdəniz” platformasının hər iki fazasında tikinti işləri tamamlanıb: “Səngəçal” terminalında da tikinti işləri tamamlanıb. Yeni qazılmış quyuların bu il istismara verilməsi nəzərdə tutulub ki, bu da əlavə qaz həcmlərinin əldə edilməsi imkan yaradacaq. Bu illər əzində “Azəri-Çıraq –Günəşli” yatağından 3,3 milyard barel neft hasil edilib, “Şahdəniz” yatağından bu illər ərzində 89 milyard kubmetr qaz hasil edilib. Kondensat hasilatı 166 milyon barel təşkil edib”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti