Azərbaycanda qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

23-04-2018, 11:45
Oxunub: 198
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir


Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkarlanıb.

DTX ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkarlanaraq götürülüb.
 
Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti