"Azərbaycan hasilatın sabit saxlanılmasını və ixracını təmin edir"

23-04-2018, 11:22
Oxunub: 123
Xəzərin Azərbaycan sektorunda 2050-ci ilədək Azəri-Çıraq-Günəşli işlənməsi nəzərdə tutulur


"Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək".

APA-Economics-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün qlobal miqyasda böyük dəyişikliklər baş verir və bu dəyişikliklər enerji siyasətini əhatə edir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır. Avropadan Mərkəzi Avropaya qədər uzanan və inkişaf edən enerji sisteminin aparıcı hissəsi kimi, Azərbaycanda aparıcı qlobal enerji bazarlarının inkişaf tendensiyaları özündə əks etdirir. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə bu aspektdə yanaşır”.

Nazir bildirib ki, Xəzərin Azərbaycan sektorunda 2050-ci ilədək Azəri-Çıraq-Günəşli  işlənməsi nəzərdə tutulur: "İndiyədək 454 milyon ton xam neft və 144 milyard kubmetr qaz hasilatı olub və 130 milyard 551 milyon dollar gəlir əldə olunub. Hazırda enerjinin hər üç növü üzrə istifadə mövcuddur. Azərbaycan hasilatın sabit saxlanılmasını və ixracını təmin edir".

Nazir bildirib ki, bu il “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəməri və TANAP kimi iri layihələri istifadəyə veriləcək: “Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsi Azərbaycan təbii qazının diversifikasiyasına imkan verəcək”.

P. Şahbazov deyib ki, emal sektorunun modernləşdirilməsi ölkənin inkişafı kimi qiymətləndirilir: "Yaxın onillikdə minik avtomobillərinə və neft-kimya məhsullarına tələbat olacaq. Bu isə o deməkdir ki, neft-kimya məhsullarının ixracını artırmağa imkan verəcək. Bu il “SOCAR Polymer” və Karmomid zavodu istifadəyə veriləcək. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR Neft Emalı Zavodu da istifadəyə veriləcək. Bu bir daha Azərbaycanın qardaş ölkədə ən iri investor olduğunu isbat edir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti