BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu deyib

23-04-2018, 10:35
Oxunub: 97
"Soyuq müharibənin qayıtdığı aydındır"


BMT-nin baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının struktur problemlərinin olduğunu etiraf edib, həmçinin bildirib ki, soyuq müharibə geri qayıdır.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu SVT telekanalına müsahibəsində deyib.

"Soyuq müharibənin qayıtdığı aydındır", - deyə baş katib bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət SSRİ dövründə olandan əhəmiyyətli dərəcədə fərqlənir.

"İndi ABŞ və Rusiya əvvəl olduğu kimi hamını idarə etmir. Regionda (Yaxın Şərq – red.) bir çox ölkələr olduqca fəaldır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. İki eyni idarə olunan blok yoxdur", — deyə o bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti