"G7 KXDR-in nüvə statusu ilə barışmayacaq"

23-04-2018, 10:20
Oxunub: 112
"Biz nüvə silahı ilə silahlanmış Şimali Koreyanı heç vaxt qəbul etməyəcəyimiz barədə tam razılığa gəldik"


"Böyük yeddilik" ölkələri heç vaxt Şimali Koreyanın nüvə silahı ilə barışmayacaq və Pxenyanın nüvə silahından imtina etməsi üçün ona maksimum dərəcədə təzyiqləri davam etdirəcək.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə G7-nin Torontoda keçirilən sammitində iştirak edən Yaponiyanın xarici işlər naziri Taro Kono deyib.

"Biz nüvə silahı ilə silahlanmış Şimali Koreyanı heç vaxt qəbul etməyəcəyimiz barədə tam razılığa gəldik", - deyə "Kido" agentliyi Kononun sözlərini sitat gətirib.

"Biz nüvə silahından imtina barədə heç bir söz olmadığını düşünürük", — deyə Kono əlavə edib.

Bununla yanaşı, onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə Pxenyanın qərarı irəliyə doğru addımdır.

"Biz bunu müsbət addım kimi alqışlayırıq", — deyə o bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti