“Regional layihələr xalqlarımızın rifah halının daha yaxşılaşmasına xidmət edir”

23-04-2018, 04:34
Oxunub: 33
"Risk etməkdən qorxmayın”


“Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, TANAP, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu kimi enerji, nəqliyyat və loqistika üzrə regional layihələr bizim iqtisadi inkişafımıza, dostluğumuzun daha da möhkəmlənməsinə, xalqlarımızın rifah halının daha yaxşılaşmasına xidmət edir”.

Report-un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan MÜSİAD-ın Tbilisi şöbəsinin açılışındakı çıxışı zamanı söyləyib.

Səfir bildirib ki, bir zamanlar iş adamları bu layihələrə sərmayə qoymağa ehtiyat edirdilər. Amma, artıq neçə illərdir ki, bu layihələr bizə fayda gətirir və gətirməkdə də davam edir. Türkiyə, Azərbaycan və Gürcüstan iş adamları bu layihələrin daha da genişlənməsinə sərmayə qoymaqdan çəkinməməlidirlər.

“Mən iş adamlarını bu cür layihələrə və eləcə də, birgə həyata keçirdiyimiz digər layihələrə də sərmayə qoymağa çağırıram. Risk etməkdən qorxmayın”, - deyə Fatma Ceren Yazgen vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti