Teymur Rəcəbov: "Dünya çempionluğunun öz üstünlükləri var"

22-04-2018, 18:56
Oxunub: 34
"Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır"


Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində IV tura start verilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Report-a verilən məlumata görə, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

Ağ fiqurlarla mübarizə aparan Rəcəbov mətbuat konfransında oyunu haqqında danışıb: "Oyun haqqında çox danışa bilmərik. Gedişlər təkrarlandığı üçün heç-heçə qaçılmaz oldu. Əgər gedişlər təkrar olunursa, vaxt itirməyə ehtiyac yoxdur. Fikrimcə, yarışda əsas mübarizə qarşıdadır".

ShamkirChess 2018 superturnirinin yüksək səviyyədə təşkil olunduğunu bildirən Azərbaycan şahmatçısı bu sayda heç-heçələrin sonluğu daha maraqlı edəcəyini deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti