Ermənistanda 200-ə qədər aksiya iştirakçısı saxlanılıb

22-04-2018, 17:00
Oxunub: 40
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb


Bu gün saat 15.00-a qədər İrəvanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 192 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Azatutyun" radiosu Ermənistan Polisinə istinadən məlumat yayıb.

Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da  saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

Ermənistan Konstitusiyasına əsasən deputatlara qarşı cinayət işi yalnız parlamentin icazə verməsindən sonra açıla bilər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti