Uilyam Folknerin yazıçılığa başlama hekayəsi

22-04-2018, 15:00
Oxunub: 144
"Əgər yazıçının işi budursa, tam mənə uyğun bir iş olduğunu düşündüm"


Uilyam Folkner yazıçılığa necə başladığını “The Paris Review”-a verdiyi bir müsahibədə belə danışıb:

“Nyu Orleanda yaşayırdım. Bir-iki qəpik-quruşa görə nə iş tapsam, edirdim. Bir gün Şervud Andersonla tanış oldum. Günortadan sonra şəhərdə gəzib insanlarla söhbət edirdik.  Axşam olanda yenə görüşür, bir-iki butulka içki içir, o danışır, mən dinləyirdim. Günortadan əvvəl onu heç görmürdüm. Ancaq evdə olur, işləyirdi. Əgər yazıçının işi budursa, tam mənə uyğun bir iş olduğunu düşündüm. Beləliklə də, ilk kitabımı yazmağa başladım.

Yeni başlayanda bu, mənim üçün əyləncəli idi. O vaxta qədər ki, cənab Anderson qapıma gəlib: "Nə oldu? Mənə qəzəbləndin?"- deyənə qədər. Onu üç həftədir görmədiyimə fikir verməmişdim. “Bir kitab yazıram”, - dedim. “Aman Allah” ,– deyib getdi. Kitabı bitirəndən sonra (“Sevgi və ölüm” əsəri idi) xanım Andersonla yolda rastlaşdıq. Kitabım haqqında soruşdu, mən də bitirdiyimi dedim. Mənə Şervudun mənimlə bir razılaşma edəcəyini dedi. “Əlyazmasını oxumalı deyilsə, öz nəşriyyatçısına kitabı qəbul etməsini söyləyəcək”,- dedi. Razılaşdım və beləliklə, yazıçı oldum.
Tərcümə: İlkay Əliyeva
Müəllif: Əlif Tanrıyar
Mənbə: insanokur.org
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti