Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

22-04-2018, 12:08
Oxunub: 110
Hadisə nəticəsində 4 nəfər həlak olub


Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

Report-un məlumatına görə, bu barədə "Pajvak" agentliyi bildirib.

Məlumata görə, hadisə paytaxtın qərbində, seçicilərin qeydiyyatı mərkəzinin qarşısında baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisə yerinə həkimlər və polis əməkdaşları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti