Türkiyə niyə növbədənkənar seçkilərə getdi? - ŞƏRH

22-04-2018, 11:36
Oxunub: 2547
"Bu, Türkiyə dövlətinin xaricdən hər hansı təhlükənin gələcəyinə işarədir"


Bir neçə gün bundan əvvəl Ərdoğan Dövlət Baxçalı ilə görüşündən sonra ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı bəyanatla çıxış etmişdi.

Beləliklə iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Ərdoğanın bu ani qərarı ölkədə şok effekti yaratsa da, əslində bu məsələlər ötən ildən müzakirə olunurdu.

İstanbul Universitetinin siyasət elmi və beynəlxalq münasibətlər üzrə doktorantı Teymur Qasımlı Türkiyədə keçiriləcək növbədənkənar seçkilər haqqında fikirlərini Etatist.com-la bölüşüb:

"Türkiyə müsəlman dünyasında demokratik ölkədir. Türkiyədə növbədənkənar seçkilərin olması haqqında 2017-ci ilin sonlarından danışılmağa başlamışdı. Bu məsələ 2018-ci ildən başlayaraq zaman-zaman gündəmdə olub. Amma hər zaman hökumət tərəfindən təkzib olunub. Türkiyənin Afrin əməliyatından sonra ölkə gündəmi dəyişdi. Hər kəs Türkiyə ordusuna dəstək verdi. Sonra ölkə gündəmini dolların bahalaşması məşğul etdi. Türkiyə lirəsinin dəyərdən düşməsi müəyyən fəsadlara gətirib çıxarıb.

Bundan başqa bu, Türkiyə dövlətinin xaricdən hər hansı təhlükənin gələcəyinə işarədir. Ona görə MHP lideri Dövlət Baxçalı bəyin bu təhlükələrin hiss etməsi və bununla bağlı Türkiyə dövlət başçısı ilə məsləhətləşməsi olub. Təxminim bu görüşmələrin lap əvvəldən olduğuna işarə verir. Dövlət bəy təcrübəli siyasətçidir.

1999-cu ildə MHP koalisya ortağı olub. O zaman da ölkədə ciddi iqtisadi böhran vardı. Bunu da deyim, terror bitmişdi. Birdən, qəfil Dövlət Baxçalı növbədən kənar seçim dedi, MHP məğlub oldu Ədalət İnkişaf Partiyası iqtidar oldu. 2015-ci il seçkilərindən sonra da hökumət qurula bilmədi, yenə dövlətə təhklükə vardı. Terror ölkədə ciddi təhlükə idi və buna qarşı mübarizəni istəməyən qüvvələr vardı. Onda yenə Dövlət Baxçalı növbədən kənar seçkilər dedi.

Seçki bitdi, hökumət quruldu, terrorla daha sərt mübarizə aparıldı. Nəticə olaraq bu seçkilər də Türkiyə dövlətinə gələ biləcək təhlükələri önləmək üçündür. Bunu zaman göstərəcək".

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti