Ermənistan müxalifətinin lideri etirazların davam etdiriləcəyini bəyan edib

22-04-2018, 10:52
Oxunub: 91
Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlarda onu səlahiyyətləndirməyi xahiş edib


Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalara rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan prezidentlə görüşündən sonra etirazların aprelin 22-də də davam etdiriləcəyini bəyan edib.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlarda onu səlahiyyətləndirməyi xahiş edib.  

Prezidentlə keçirdiyi qısa danışığının nəticələrindən bəhs edən N.Paşinyan qeyd edib ki, hakimiyyətlə danışıqların mövzusu yalnız baş nazirin istefası məsələsi ola bilər.

“Hakimiyyətlə danışıqlarda mövqeyimizi möhkəmləndirmək üçün sabah saat 11-dən etibarən güclü aksiya keçirəcəyik”, - deyə Paşinyan qeyd edib.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti