Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb

21-04-2018, 19:26
Oxunub: 132
A.Şərifov 1995-ci ildən Baş nazirin müavini vəzifəsində işləyib


Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb. 

Report-un məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Baş nazirinin yeni müavini təyin edilib.  

Qeyd edək ki, A.Şərifov 1995-ci ildən Baş nazirin müavini vəzifəsində işləyib. E.Əfəndiyev 1993-cü ildən, İ.Abbasov isə 2013-cü ildən Baş nazirin müavini vəzifəsində çalışırdı.  

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti