Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

21-04-2018, 16:51
Oxunub: 84
Kvirikaşvili özünün “Twitter” səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb


Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, G. Kvirikaşvili özünün “Twitter” səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.

“Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”, - deyə təbrik müraciətində bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti