Məhkəmə ANS-lə bağlı qərarını açıqlayıb

21-04-2018, 15:54
Oxunub: 140
Məhkəmə "Bakcell" MMC-nin iddiasını təmin etməyib


Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin "Bakcell" MMC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Report-un xəbərinə görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib. Məhkəmə "Bakcell" MMC-nin iddiasını təmin etməyib.

Qeyd edək ki, "Bakcell" MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakcell" borcun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

"Bakcell"in Korporativ Kommunikasiya Bölməsindən "Report"a bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti "Bakcell"in korporativ abunəçisi olub: "Telekommunikasiya xidmətlərinə görə yaranmış borclarını ödəmədiklərinə görə tərəfimizdən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiamızı təmin edərək qətnamə çıxarıb. Bundan sonra ANS şirkəti tərəfindən apellyasiya şikayəti verilib".

Xatırladaq ki, ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya 2016-cı ildə ləğv edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti