Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb

21-04-2018, 15:48
Oxunub: 75
Gümrü və Vanadzor şəhərlərində də etirazçılar küçələrə çıxıb


Yerevanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 62-yə çatıb. 

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Polisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib.

Həmçinin bu gün Eçmiədzin şəhərində də yüzlərlə sakin etiraz aksiyalarına çıxıb. Yerli KİV-in məlumatına görə, aksiya iştirakçıları şəhərin mərkəzi küçələrini bağlayıb, hökumətə qarşı şuarlar səsləndirir, əlahini etiraza çağırırlar. 

Gümrü və Vanadzor şəhərlərində də etirazçılar küçələrə çıxıb, lakin hələlik polislə toqquşma barədə məlumat yoxdur. 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın baş nazir vəzifəsinə təyin olunmasına qarşı kütləvi etiraz aksiyaları aprelin 13-dən başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti