Türkiyə ordusu son bir həftədə 37 terrorçunu zərərsizləşdirib

21-04-2018, 15:01
Oxunub: 139
Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

Report Türkiyə KİV-inə istinadən xəbər verir ki, aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti