Ermənistan hakimiyyəti N. Paşinyanı aksiyaları dayandırmaq üçün razı salmağa çalışır

21-04-2018, 12:12
Oxunub: 88
Ermənistan hakimiyyəti hadisələrin belə davam etməsindən olduqca natahatdır


Ermənistanda Serj Sarqsyanın baş nazir olmasına qarşı keçirilən kütləvi etirazlar hakimiyyət üçün gözlənilməz olub. 

Report xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb. 

Yazıda bildirilib ki, Ermənistan hakimiyyəti hadisələrin belə davam etməsindən olduqca natahatdır: “Təsadüfi deyil ki, artıq üç gündür hakimiyyətin müxtəlif nümayəndələri müxalifətlə dialoqun vacibliyini vurğulayırlar. Bu barədə aprelin 20-də bütün ermənilərin katalikosu II Qaregin ilə Serj Sarqsyanın görüşündə də vurğulanmışdı”. 

Mənbə qeyd edir ki, hakimiyyət hərəkatın lideri Nikola Paşinyana müxtəlif üsullarla təzyiq etməyə cəhd göstərir: “Xüsusən də müxalifət liderinin yaxın ətrafı ilə danışıqlar apararaq ona mitinqləri dayandırmağa və dialoq üçün razı salmağa çalışırlar”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti