İraq 1990-cı il təcavüzünə görə Küveytə 90 mln. dollar ödəyəcək

21-04-2018, 11:36
Oxunub: 133
Bu, 2014-cü ildə qaldırılan iddialar üçün ilk ödənişdir


BMT-nin Təzminat Komissiyası Cenevrədə keçirilən iclas zamanı İraqın 1990-1991-ci illərdə zorla Küveytə daxil olması və işğalı zamanı dəyən ziyana görə 90 milyon dollar həcmində təzminatın ödənilməli olduğunu təsdiq edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü komissiya nümayəndəsi bildirib.

Bu, 2014-cü ildə qaldırılan iddialar üçün ilk ödənişdir. Komissiyanın məlumatına görə, İraqın təhlükəsizlik sahəsində yaranan müstəsna çətin vəziyyət və fövqəladə büdcə problemləri səbəbindən İdarəetmə Şurası İraq hökumətinə üç dəfə öhdəliklərini yerinə yetirməsi üçün bir illik möhlət verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti