KİV: “Skripalın işi” üzrə şübhəlilərin şəxsiyyətləri müəyyənləşdirilib

21-04-2018, 11:04
Oxunub: 89
Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib


Böyük Britaniyanın hüquq-mühafizə orqanları “Skripalın işi” üzrə şübhəli bilinənlərin şəxsiyyətlərini müəyyənləşdiriblər.

APA-nın məlumatına görə, bu barədə “Telegraph” qəzeti yazıb.

Məlumata görə, hazırda terrorizmlə mübarizə şöbəsi cinayəti törətdikdən sonra Rusiyaya qayıdan şəxslərə qarşı cinayət işi açmağa çalışır. Nəşr polisin əlində konkret adların olduğunu da bildirib. Bununla belə, Rusiya ilə yaşanan gərgin münasibətlər səbəbindən Britaniya polisi şübhəlilərdən ifadə ala biləcəyinə əmin deyil.

Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib.  Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti