Tramp KXDR-in nüvə sınaqlarından imtina etməsinə münasibət bildirib

21-04-2018, 10:45
Oxunub: 106
"Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir"


ABŞ prezidenti Donald Tramp KXDR-in nüvə sınaqlarını dayandırmasına dair bəyanatını alqışlayıb və Şimali Koreya lideri Kim Çen In ilə birgə sammiti gözlədiyini bildirib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Şimali Koreya bütün nüvə sınaqlarını dondurmağa və böyük poliqonu bağlamağa razılaşıb. Bu Şimali Koreya və dünya üçün çox yaxşı xəbərdir və böyük irəliləyişdir! Sammitimizi gözləyirəm", — deyə o bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti