Şimali Koreya bütün nüvə və raket sınaqlarının aparılmasını dayandırıb

21-04-2018, 10:30
Oxunub: 122
"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq"


KXDR lideri Kim Çen In Şimali Koreyada nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb.

"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. ..KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq", — deyə agentlik Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatını sitat gətirib.

Qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti