“Total” şirkətinin baş icraçı direktoru Azərbaycan prezidentini təbrik edib

20-04-2018, 19:25
Oxunub: 58
" Sizə uğurlar arzulayıram”


“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir. Bu xoş imkandan istifadə edərək, “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti