Milli Məclis sabah baş nazirin təsdiqlənməsi məsələsinə baxacaq

20-04-2018, 17:10
Oxunub: 84
İclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur


Milli Məclisin sabah plenar iclası keçiriləcək.

APA-nın məlumatına görə, iclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib.

Kabinetin yenidən qurulması üçün MM prezident tərəfindən namizədliyi irəli sürülmüş yeni baş nazirin məsələsinə baxmalıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti