Tramp: "Neftin qiyməti süni şəkildə yüksəldilib və bu, qəbuledilməzdir"

20-04-2018, 16:42
Oxunub: 61
"Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb"


ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEC-i neftin qiymətini süni şəkildə yüksəltməkdə ittiham edib.

APA-nın xəbərinə görə, D. Tramp bu barədə "Twitter"də yazıb. "Belə görünür ki, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək", - deyə o, bildirib.  

D. Tramp niyə belə fikirdə olduğunu izah etməyib.

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanında OPEC+ formatında nazirlərdən ibarət monitorinq komitəsinin növbəti iclası keçirilir. Bu format çərçivəsində OPEC ölkələri və Rusiya neft hasilatını azaltmaq barədə razılığa gəliblər və bu qərar 2017-ci ilin yanvarından bəri qüvvədədir. Razılaşmanın yaxşı icrasının təsiri ilə neftin qiyməti yüksəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti