Qlobal neft ehtiyatları 2,83 mlrd. barelədək azalıb

20-04-2018, 11:55
Oxunub: 245
"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı"


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılmasına dair bağlanmış saziş qüvvəyə mindikdən sonra dünya üzrə neft ehtiyatları 300 mln. barel azalaraq 2,83 mlrd. barelə enib.

APA-Economics-in “İnterfax”a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bu gün OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin - OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında deyib.

"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin neft ehtiyatları 15 ay ərzində durmadan azalırdı. Neft ehtiyatlarının həcmi artıq 300 mln. barel - 2,83 mlrd. barelədək azalıb", - deyə o bildirib.

Bununla belə, Rusiyanın energetika naziri Aleksandr Novak isə qeyd edib ki, aprelin 1-nə izafi neft ehtiyatlarının həcmi 12 mln. barel təşkil edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti