ARDNF AÇG və "Şahdəniz"dən 133 mlrd. dollardan çox gəlir əldə edib

19-04-2018, 16:51
Oxunub: 97
2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 130,551 mlrd. dollar həcmində gəlir əldə olunub


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2018-ci ilin aprelin 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında AÇG yataqları üzrə fond  2 mlrd. 65 mln. dollar gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən bu ilin əvvəlinədək AÇG yataqlar bloku üzrə 130,551 mlrd. dollar, "Şahdəniz" yatağı üzrə isə 2,506 mlrd. dollar həcmində gəlir əldə olunub.

 
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti