AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

18-04-2018, 17:49
Oxunub: 152
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqda qərar verilib


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
 
APA-nın xəbərinə görə, iclasda AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri təqdim olunub.
 
AMEA Rəyasət Heyəti aparatı Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov bildirib ki, “Web of Science” bazasında AMEA-nın və onun 21 elmi müəssisənin vahid profili var. Rəyasət Heyəti tərəfindən bibliometrik göstəricilərin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilib.

Rəyasət Heyəti mərhum akademik Mahmud Kərimovun 70 illik yubileyi münasibəti ilə beynəlxalq elmi konfransın keçirilməsini də qərara alıb.
 
Fizika və İnformasiya Texnologiyaları institutlarının “Fiziki və riyazi modelləşdirmə üçün milli GRİD infrastrukturunun inkişafı” Proqramı təsdiqləyib.
 
Sonda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqda qərar verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti