Pakistan nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

18-04-2018, 17:43
Oxunub: 129
Qonaqlar beynəlxalq hərbi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumatlandırılıb


Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti