Bakıda NATO-nun təlim kursu keçirilir

17-04-2018, 17:59
Oxunub: 310
Kurs aprelin 19-dək davam edəcək


NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə ilk dəfə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları üçün “ƏİK Məlumat Bazası” təlim kursu keçirilir.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 25 NATO-ya üzv və tərəfdaş ölkədən 60-dək nümayəndə iştirak edir. Kurs aprelin 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti