"Qloballaşma prosesi vergi orqanları üçün çətinlik yaradır"

17-04-2018, 11:42
Oxunub: 202
"Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var"


"Qlobal şirkətlərin vergiləri minimallaşdırmaq məqsədi ilə müxtəlif sxemlərdən istifadə etməsi, yekun mənfəəti əldə etmək üçün qarşılıqlı asılı olan şəxslər arasında əməliyyatları və qiymətləri sövdələşmə yolu ilə planlaşdırması vergi orqanları üçün bir çox çətinliklər yaradır". 

Report xəbər verir ki, bunu “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun fikrincə, belə davranışdan yaranan vergi riskləri bu gün geniş yayılmış vergidən yayınma formalarından biridir: "Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Azərbaycan da bu baxımdan müəyyən çağırışlarla üzləşir". 

Nazir həmçinin qeyd edib ki, tvinninq layihəsi üzrə keçirilmiş tenderin qalibi Yunanıstanın Vergi Administrasiyası və Beynəlxalq Avropa İqtisadi Hüquq Mərkəzidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti