İngilis funt sterlinqi kəskin bahalaşıb

17-04-2018, 11:32
Oxunub: 122
USD/GBP nisbəti 1,43-1,44 arasında dəyişir


Qlobal maliyyə bazarında ingilis funt sterlinqi ABŞ dolları qarşısında kəskin bahalaşıb.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda USD/GBP nisbəti 1,43-1,44 arasında dəyişir ki, bu da Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı 2016-cı ilin iyun ayında keçirilmiş referendumdan ("Brexit") sonra ən yüksək həddir.

Ekspertlər funt-sterlinqin bahalaşmasını aşağıdakı gözləntilərlə izah edir:

- Britaniya hakimiyyəti “Brexit”in yekunu üzrə Avropa İttifaqı ilə daha sərfəli saziş imzalayacaq.

- İngiltərə Bankı (Mərkəzi Bank) uçot dərəcəsini artıracaq.

Xatırladaq ki, bir qədər əvvəl tənzimləyici qurum uçot dərəcəsini 0,5% həddində saxlamağa qərar verib. Bundan başqa, İngiltərə Bankı dövlət istiqrazlarının alış həcmini 435 mlrd. funt sterlinq, korporativ istiqrazların alış həcmini isə 10 mlrd. funt sterlinq səviyyəsində saxlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti