İrəvanda etiraz aksiyası davam edir

17-04-2018, 11:18
Oxunub: 184
Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar


Ermənistan paytaxtında etiraz aksiyaları davam edir.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar.

Aksiyanın rəhbəri, deputat Nikol Paşinyan bildirib ki, etirazçılar bu gün Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirə olunacağı parlamentə gedən yolları bağlamağa çalışacaqlar.

Qeyd edək ki, aksiya iştirakçıları Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edirlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti