G7 ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar

17-04-2018, 11:11
Oxunub: 87
"Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq"


"Böyük yeddilik" ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar.

Report "RT"-ə istinadən xəbər verir ki, bu barədə Kanada xarici işlər nazirinin yaydığı bəyanatda bildirilir.

"Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq: - çox ehtimal ki, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun ehtimal olunan alternativ izahatı yoxdur", - deyə bəyanatda bildirilir.

G7 ölkələri həmçinin bildiriblər ki, qaydalara əsaslanaraq, Rusiyanı beynəlxalq sistemə qaytarmaq üçün bu ölkə ilə əməkdaşlıq edəcəklər.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib və Sergey və Yuliyaya bu ölkədə hazırlanmış zəhərlə qəsd edildiyini bildirib.

Yuliya Skripal artıq özünə gəlib. Sergey Skripalın da səhhəti yaxşılaşmaqdadır. O, kritik vəziyyətdən çıxıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti