Ən uzun müddət çıxış edən futbolçuların siyahısı açıqlanıb

16-04-2018, 19:42
Oxunub: 176
Turin təmsilçisinin şərəfini qoruyur


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Avropanın 5 böyük çempionatında ən uzun müddət çıxış edən futbolçuların siyahısını hazırlayıb.

Report-un məlumatına görə, siyahıya İtaliyanın "Yuventus" klubunun 40 yaşlı qapıçısı Canluici Buffon başçıllıq edir. 

Təcrübəli qolkiper 17 mövsümdür ki, Turin təmsilçisinin şərəfini qoruyur.

İkinci yerdə İtaliyanın "Kyevo" komandasının futbolçusu Serjio Pellisye qərarlaşıb. 39 yaşlı hücumçu 16.5 mövsüm bu komandada çıxış edib. 3-cü pillədə isə İspaniyanın "Barselona" klubunun futbolçu Andres İnyesta yer alıb. 34 yaşlı yarımmüdafiəçi 16 mövsümdür ki, Kataloniya təmsilçisinin heyətindədir.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti