Lütfiyar İmanovun 90 illiyi münasibətilə anım mərasimi keçiriləcək

16-04-2018, 19:01
Oxunub: 208
Fəxri xiyabanda dəfn olunub


Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti Lütfiyar İmanovun anadan olmasının 90 illiyi münasibətilə anım mərasimi keçiriləcək.

Report xəbər verir ki, aprelin 17-də, saat 16:00-da birinci Fəxri xiyabanda baş tutacaq mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mərhumun yaxınları, incəsənət nümayəndələri, ictimai xadimlər iştirak edəcəklər.

Qeyd edək ki, Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınayıb. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini, 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsini bitirib. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt edib. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.

1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb öləkələrində və s. qastrol səfərlərində olub. Pedaqoji fəaliyyətlə məşğul olub. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olub. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nin Ali Sovetinin deputatı seçilib. 21 yanvar 2008-ci ildə Bakı şəhərində dünyasını dəyişib. Fəxri xiyabanda dəfn olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti