Yerevanda etirazçılar xəsarət alıb

16-04-2018, 19:00
Oxunub: 147
Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir


Ermənistan paytaxtı Yerevanda Serj Sarqsyanın baş nazir təyin olunmasına qarşı çıxan etirazçılarla polis arasında baş vermiş qarşıdurma nəticəsində 33 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

Bu barədə Report "İnterfaks"a istinadən xəbər verir.

Yerli KİV-lərin məlumatına görə, 1 nömrəli şəhər klinik xəstəxanasına 7, Erebuni Tibb Mərkəzinə 8, Müqəddəs Qriqori adına Tibb Mərkəzinə isə 18 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilənlərin üçü polisdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti