Bu gün Bakıda Birinci Latın Amerika Film Festivalı başlayır

16-04-2018, 18:06
Oxunub: 112
Filmlərə giriş sərbəstdir


Bu gün Bakıda Azərbaycanda yerləşən Argentina, Braziliya, Kolumbiya, Kosta-Rika, Kuba, Peru və Meksikanın diplomatik nümayəndəliklərinin birgə səyi əsasında baş tutan ilk Latın Amerika Film Festivalı başlayır.

Report xəbər verir ki, Festivalın açılışı Kolumbiya istehsalı olan "La tierra y la sombra" filmi ilə olacaq.

Festivalın məqsədi kinematoqrafiya vasitəsilə bədii dəyərlər və Latın Amerikasını xarakterizə edən mədəni müxtəlifliyini əks etdirmək məqsədini həyata keçirməkdir.

Festival çərçivəsində həmçinin "El regreso" (Kosta–Rika), "A dona da história" (Braziliya), "Conducta" (Kuba), "Relatos salvajes" (Argentina), "No se aceptan devoluciones" (Meksika), "Viejos amigos" (Peru) filmləri də nümayiş olunacaq.

Filmlər ispan və portuqal dilində ingilis dilində altyazı ilə nümayiş etdiriləcək. Filmlərə giriş sərbəstdir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti