Ordumuzun daha bir əsgəri intihar edib

16-05-2013, 10:05
Oxunub: 1235


Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Etatist.com-un APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti