“Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb”

16-04-2018, 15:47
Oxunub: 97
Y. Stoltenberq Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini də qeyd edib


Bu gün NATO baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NATO baş katibi öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 

Görüşdən sonra keçirilən mətbuat konfransında Y. Stoltenberq bildirib ki, heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb. Y. Stoltenberq Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini də qeyd edib.

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb. ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə NATO-nun Türkiyəyə daha çox dəstək verməyə çağırıb: “Terrorla mübarizə tək bir NATO ölkəsinin işi olmamalıdır. Biz Afrin əməliyyatını həyata keçirərkən NATO-dan bir dəstək istəmədik və çox uğurlu əməliyyat keçirdik. İndi bu yerdə insanların həyat səviyyəsini yüksəltmək üçün birgə addımlar atmalıyıq”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti