Makron: "Koalisiya Suriyanı İŞİD ilə müharibə bitdikdən sonra tərk edəcək"

16-04-2018, 14:30
Oxunub: 124
"Hərbi öhdəliklər İŞİD əleyhinədir və bunlar İŞİD-ə qarşı müharibə başa çatan gün tamamlanacaq"


"Suriyada beynəlxalq koalisiya ölkələrinin hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə başa çatdıqdan sonra bitəcək."

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Hərbi öhdəliklər İŞİD əleyhinədir və bunlar İŞİD-ə qarşı müharibə başa çatan gün tamamlanacaq", - E.Makron deyib.

O qeyd edib ki, Fransanın Suriya üzrə mövqeyi ABŞ ilə eynidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti