WSJ: Tramp Rusiyanın Suriyadakı obyektlərinə zərbə endirilməsi imkanını nəzərdən keçirib

16-04-2018, 11:31
Oxunub: 96
Ceyms Mettis tərəfindən üç variant təqdim olunub


Ötən həftə Dəməşqə qarşı güc tətbiqinin üç müxtəlif versiyası, o cümlədən Rusiyanın və İranın Suriyadakı Hava Hücumundan Müdafiə (HHM) obyektlərinə zərbə endirilməsi variantının nəzərdən keçirilməsi üçün ABŞ Prezidenti Donald Trampa təklif edilib. Donald Tramp ötən həftənin şənbə günü həyata keçirilmiş hibrit versiyasını yekun olaraq təsdiqləyib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin bazar günü işıq üzü görmuş nömrəsində yazılıb.

WSJ-nin məlumatına görə, Ağ evdə ABŞ-ın müdafiə naziri Ceyms Mettis tərəfindən üç variant təqdim olunub. D.Tramp yekunda C.Mettisin ehtiyatlı olmaq çağırışlarına məhəl qoyaraq qarışıq versiyanı təsdiqləyib. Belə ki, ABŞ prezidenti lap əvvəldə ən ağır zərbə ssenarisinə meyil göstərirmiş.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti