MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək

16-04-2018, 11:25
Oxunub: 94
İclas iştirakçıları Şuranın layihələrinin reallaşdırılması məsələsini nəzərdən keçirəcəklər


Aprelin 19-da Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcək.

Report xəbər verir ki, iclasın gündəliyinə 2018-ci ilin Mədəniyyət ili elan olunduğunu nəzərə alaraq, MDB ölkələri xalqlarının mədəni dəyərləri və ənənələrinin işıqlandırılması yollarına aid məsələlərin müzakirəsi daxildir.

İclas iştirakçıları həmçinin Şuranın layihələrinin reallaşdırılması, Qırğızıstanda qarşıdakı III Ümumdünya Köçəri Oyunlarının işıqlandırılması məsələsini nəzərdən keçirəcəklər.

Şuraya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət informasiya agentliklərinin rəhbərləri daxildir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti